Bakı 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib

Bakı 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib "Trip Advisor" tətbiqinin versiyasına görə, Bakı 2017-ci ildə səyahət üçün ən yaxşı istiqamətlər siyahısında 5-ci sırada qərarlaşıb
Turizm
7 Dekabr , 2016 10:25
Bakı 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakı şəhəri 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, turistlər üçün nəzərdə tutulan "Trip Advisor" tətbiqinin versiyasına görə, Bakı 2017-ci ildə səyahət üçün ən yaxşı istiqamətlər siyahısında 5-ci sırada qərarlaşıb.

Siyahıda Bakını qabaqlayan istiqamətlər bunlar olub: San Xose del Kabo (Meksika), Uistler (Kanada), Jerikoakoara (Braziliya), Kihei (Havay adaları).

İlk onluğa  həmçinin Gürcüstan paytaxtı Tbilisi də daxil edilib.

Qeyd edək ki, turistlər üçün ən yaxşı səyahət istiqamətləri səyahət edənlərin müsbət rəyləri, göstərilən məkanda görməli və əyləncə yerlərinin sayı, xidmətin keyfiyyəti kimi kriteriyalar əsasında müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi