Azərbaycan pavilyonu "EKSPO-2017"-də ən çox ziyarətçi qəbul edən beş pavilyondan biridir

Azərbaycan pavilyonu "EKSPO-2017"-də ən çox ziyarətçi qəbul edən beş pavilyondan biridir Ziyarətçi sayında lider Rusiyanın pavilyonudur
Turizm
29 İyun , 2017 13:15
Azərbaycan pavilyonu EKSPO-2017-də ən çox ziyarətçi qəbul edən beş pavilyondan biridir

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan pavilyonu Astanada keçirilən "EKSPO-2017"-də ən çox ziyarətçi qəbul edən pavilyonlar arasında ilk beşliyə daxil olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycan pavilyonu ziyarətçi sayına görə 4-cü sırada qərarlaşıb.

Ziyarətçi sayında lider Rusiyanın pavilyonudur. Özbəkistan ikinci, Hindistan üçüncü sırada qərarlaşıb. İlk beşliyi Plaza Afrika ümumi pavilyonu qapayır.

EKSPO 1851-ci ildən keçirilən və hər dəfə müəyyən mövzuya həsr olunan ən böyük beynəlxalq son elmi-texniki nailiyyətlər sərgisidir. EKSPO sərgisi Astanada bu il iyunun 10-dan sentybarın 10-dək keçiriləcək.

"EKSPO-2017" sərgisində dünyanın 115 ölkəsi iştirak edir.

Son xəbərlər

Orphus sistemi