Yuxarı

Azərbaycan Parisdə “Top Resa” beynəlxalq turizm sərgisində təmsil olunur

Sərgi oktyabrın 2-dək davam edəcək.

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Parisdə “Top Resa” beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi bu sərgidə təmsil edir.

Sərgidə Azərbaycanın “Geo Travel”, “Gilan Travel”, “SW travel” turizm şirkətləri iştirak edir.

Beynəlxalq sərgidə Azərbaycanın milli stendi yaradılıb. Burada mədəniyyətimiz, tariximiz, ölkəmizin turizm imkanları haqqında fransız və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də videoçarxlar nümayiş olunur.

Sərgi çərçivəsində bir çox görüşlərin keçiriləcəyi və memorandum imzalanacağı gözlənilir.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin milli turizm şirkətləri artıq yeddinci dəfədir ki, “Top Resa” beynəlxalq turizm sərgisində iştirak edirlər. Bu il “Top Resa” beynəlxalq sərgisində 160 ölkənin 365 stendi qurulub.

Sərgi oktyabrın 2-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi