Azərbaycan "Xəzəryanı regionda turizmin inkişafı perspektivləri" Forumunda təmsil olunacaq

Azərbaycan "Xəzəryanı regionda turizmin inkişafı perspektivləri" Forumunda təmsil olunacaq Tədbir Qazaxıstanda təşkil olunacaq
Turizm
15 Sentyabr , 2015 21:44
Azərbaycan Xəzəryanı regionda turizmin inkişafı perspektivləri Forumunda təmsil olunacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ 2015-ci il sentyabrın 16-17-də Qazaxıstan Respublikasının Aktau şəhərində "Xəzəryanı regionda turizmin inkişafı perspektivləri" adlı II Beynəlxalq Forum və "TÜRKSOY" beynəlxalq mədəniyyət təşkilatının dəstəyi ilə "Tarixi hadisələrin və əfsanələrin Mangistaunun turist obyektlərinin toponimikasına təsiri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi (MTN) yayıb.

Tədbirlərdə MTN-nin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin və şöbənin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanovun iştirakı nəzərdə tutulur.

"Xəzəryanı regionda turizmin inkişafı perspektivləri" adlı II Beynəlxalq Forumda mehmanxanaların idarəetməsi və mehmanxanaların təsnifatı üzrə xarici ölkələrin ekspertləri tərəfindən geniş təqdimat keçiriləcək və aidiyyəti sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq, eləcə də "TÜRKSOY" beynəlxalq mədəniyyət təşkilatının dəstəyi ilə keçiriləcək elmi-praktiki konfransda tarixi hadisələrin və əfsanələrin turizmdə istifadə imkanlarına və təcrübəsinə dair müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi