Azərbaycan məhsulları Əfqanıstanda nümayiş olunub

Azərbaycan məhsulları Əfqanıstanda nümayiş olunub Azərbaycan şirkətlərinin məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb
Turizm
7 Fevral , 2017 19:13
Azərbaycan məhsulları Əfqanıstanda nümayiş olunub

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərində təşkil edilən "Afghan Homex Expo" sərgisində iştirak edib. 

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sərgidə Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunub. Azərbaycan şirkətlərinin məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Əfqanıstanın ticarət və sənaye nazirinin müavini Mohammad Qurban Haqjo Azərbaycan stendi ilə tanış olub. Ona Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumat verilib, Azərbaycan haqqında müxtəlif çap materialları təqdim olunub.

Missiya iştirakçıları Əfqanıstanın bir sıra bazarlarının fəaliyyəti ilə tanış olublar.

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunmuş ixrac missiyasının Əfqanıstana səfəri bu gün başa çatır. Missiya fevralın 9-11-də Pakistanda olacaq.

Missiyaya ölkəmizdə meyvə şirələri, təbii mineral sular, ət və ət məhsulları, un və un məmulatları, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 9 şirkətin nümayəndəsi daxildir.

Son xəbərlər

Orphus sistemi