Azərbaycan işgüzar turizm sahəsində beynəlxalq müsabiqədə təmsil olunur

Azərbaycan işgüzar turizm sahəsində beynəlxalq müsabiqədə təmsil olunur Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi dekabrın 5-də Moskvada keçiriləcək
Turizm
17 Noyabr , 2016 17:10
Azərbaycan işgüzar turizm sahəsində beynəlxalq müsabiqədə təmsil olunur

Bakı. 17 noyabr. REPORT.AZ/ Biznes və işgüzar (MİCE) turizm sahəsində peşəkarların müsabiqəsini keçirən “Buying Business Travel Awards Russia&CIS” portalı “BBT Awards 2016” müsabiqəsinin nominantlarının tam siyahısını dərc edib.

Mədəniyyət və Turizm Nazirliyindən “Report”a verilən xəbərə görə, mükafata təqdim olunanlar arasında işgüzar turizm agentlikləri, aviaşirkətlər, hotellər, ödəniş sistemləri, internet servislər və işgüzar səyahətlər bazarının digər təmsilçiləri yer alıb.

Nazirliyin Rusiyadakı nümayəndəliyi olan “Tour a vent” şirkəti Azərbaycanı “İşgüzar turizm” kateqoriyasının “Xaricə ən yaxşı MİCE istiqamət” nominasiyasında təmsil edir.

“BBT Awards”ın “Xaricə ən yaxşı MİCE istiqamət” nominasiyasında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və Gürcüstan Azərbaycanın rəqibidir. Sankt-Peterburq, Soçi şəhərləri və Tatarıstan Respublikası Rusiya Federasiyası ərazisində ən perspektivli MİCE istiqamətlər hesab edilir. Müsabiqədə “Etihad Airways”, “KoreanAir”, “Lufthansa” və “Singapore Airlines” ən yaxşı aviaşirkət adı uğrunda mübarizə aparır.

“BBT Awards 2016” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi bu il dekabrın 5-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan gələn il Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasına sədrlik edəcək. Eyni zmaanda 2017-ci ildə Bakı IV İslam Həmrəylik Oyunları və Dünya Skaut Komitəsinin 41-ci konfransı və digər mühüm tədbirlər də Azərbaycanda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi