Yuxarı
    Bağlamaq

    Azərbaycan daha 5 ölkə ilə hava əlaqəsinə dair hökumətlərarası sazişin mətnini razılaşdırıb

    Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Kolombo şəhərində keçirilən (Şri-Lanka) hava əlaqəsinə dair çoxtərəfli danışıqların aparılması üzrə 10-cu Konfransında iştirak edib.

    Bu barədə “Report”a Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.

    Məlumata görə, tədbirə, ümumilikdə, 66 dövlətdən və bir beynəlxalq təşkilatdan 426 nümayəndə qatılıb. Beş gün ərzində 456 danışıq və müşavirələr keçirilib, 420 ikitərəfli sənəd imzalanıb və paraflanıb.

    DMAA-nın direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti isə 15 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparıb. Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adalarından nümayəndə heyətləri ilə mülki aviasiya ekspertləri səviyyəsində hava əlaqəsi haqqında hökumətlərarası sazişlərin mətnləri razılaşdırılıb. Türkiyə, Belarus və Qazaxıstanı təmsil edən nümayəndə heyətləri ilə isə hava yollarının istismarı üzrə, sadəcə, danışıqlar olub. Danışıqlarda Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyinin əməkdaşı da iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi