AZAL İsrailə uçuşlara endirim aksiyası keçirir

AZAL İsrailə uçuşlara endirim aksiyası keçirir Bakıdan Təl-Əvivə uçmaq 299 avroya başa gələcək
Turizm
24 Noyabr , 2016 14:36
AZAL İsrailə uçuşlara endirim aksiyası keçirir

Bakı. 24 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Tel-Əviv istiqamətindəki uçuşlara yeni aksiya keçirir. 

Bu barədə "Report"a AZAL-dan bildirilib.

Məlumata görə, 2017-ci il yanvarın 10-dan martın 10-na qədər Bakı - Tel-Əviv - Bakı istiqamətində uçuşlara dekabrın 1-dən 20-dək alınacaq aviabiletlərin qiyməti cəmi 299 avro təşkil edəcək. Bu məbləğə bütün rüsum və yığımlar, 23 kq-a kimi baqajın pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Tel-Əvivə uçuşları həftədə iki dəfə, "Airbus A319" və "Airbus A320" laynerlərində həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi