Aydın İsmiyev: "Aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub"

Aydın İsmiyev: "Aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub" Nazirlik rəsmisi: "Azərbaycana turistlər əsasən 26 ölkədən gəlir"
Turizm
5 Aprel , 2017 13:02
Aydın İsmiyev: Aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub

Bakı. 5 aprel. REPORT.AZ/ "Hazırda Azərbaycana turistlər əsasən 26 ölkədən gəlir". "Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Şöbə müdiri qeyd edib ki, bu ilin yanvar-fevral aylarında həmin ölkələrdən gələnlərin sayında artım müşahidə olunub: "Azərbaycana turist axını əsasən Körfəz ölkələri, İran, Rusiya və Avropa ölkələrindən gəlir. Ümumilikdə, turizm axını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxaracaq. Bu il aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub. Gələcək proqnoza gəlincə, ölkəyə gələn turistlərin sayında böyük artım gözlənilir. Bakıda keçiriləcək İslam Həmrəylyi, Şopinq Festivalı və digər tədbirlər turistlərin müəyyən qədər artmasına imkan yaradacaq".

"Rusiya və ərəb ölkələrindən turist axını 10-15, digər ölkələrdən gələnlərin sayı isə 20-30 dəfə artıb. Ərəb ölkələrindən gələn turistlərə vizaların hava limanlarında verilməsi turizmin inkişafına böyük təkan verib", - deyə A.İsmiyev vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda Bakıda 25 hostel, 92 apartament turistlərə xidmət göstərir: "Bu müəssisələr özəldir və sahibkarlar tərəfindən yaradılır. Məsələn, apartamentlərin hamısı şəxsi adamların evləridir və turistlərə icarəyə verilir. Dövlət tərəfindən də belə müəssisələrin sayının artırılması üçün bir sıra tədbirlər həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi