Yuxarı
    Bağlamaq

    ​Avropanın ən ucuz şəhəri Bolqarıstanın paytaxtı Sofiyadır

    Ən bahalı paytaxt isə London seçilib

    Bakı. 6 fevral. REPORT.AZ/ Avropanın ən ucuz şəhəri Bolqarıstanın paytaxtı Sofiya seçilib.

    "Report" "The Daily Mail" nəşrinə istinadən xəbər verir ki, tədqiqatı "Trivago" turizm xidməti aparıb.

    Siyahının ikinci pilləsində Skopye (Makedoniya) qərarlaşıb. Turistlər bu şəhərdə qalmaq üçün bir gecəyə orta hesabla 70 dollarlarından keçməli olublar. Üçlüyü Bosniya və Herseqovinanın paytaxtı Sarayevo (74 dollar) qapayır.

    Avropanın ən bahalı paytaxtı London (Otel otağında bir sutkaya görə 267 dollar) hesab edilib. Onun ardınca Bern (İsveçrə, 219 dollar) və Paris (Fransa196 dollar) gəlir.

    Ən çox ucuz sahil şəhərləri Yunanıstanda yerləşir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi