Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının ekspertləri Azərbaycana səfərə gəlib

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının ekspertləri Azərbaycana səfərə gəlib “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihə daxil edilib
Turizm
23 İyul , 2015 13:20
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının ekspertləri Azərbaycana səfərə gəlib

Bakı. 23 iyul. REPORT.AZ/ Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihənin həyata keçirilməsi planlaşdırılır. Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bununla bağlı Azərbaycanda “Termal şəhər” layihəsinə baxış keçirmək üçün Avropa Tarixi “Termal Şəhərlər” Assosiasiyası layihəsinin eksperti Mişel Tomas Pinet (Michel Thomas Penette) və Bursa vilayətinin vitse-qubernatoru Ahmet Hikmet Şahindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində ekspertlərin Masallı, Qəbələ və Siyəzən rayonlarının termal suları və turizm infrastrukturuna baxış keçirilməsi planlaşdırılır. Eyni zamanda xarici qonaqlar Bakı və Abşeron yarımadasının tarix və mədəniyyət abidələri, turizm nümayişi obyektləri ilə tanış olacaqlar.

Səfər iyulun 29-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi