Yuxarı

Avropa aviaşirkəti "1 avroya uçuş" aksiyası keçirir

Lou-kost şirkət qeyri-adi endirim kampaniyasına başlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ İrlandiyanın "Ryanair" lou-kost aviaşirkəti qeyri-adi endirim kampaniyasına başlayıb. "Report"un şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropanın istənilən nöqtəsinə bir istiqamətdə 1 avroya uçmaq olar.

Bundan başqa, şirkət həyata keçirdiyi bütün istiqamətlər üzrə qiymətləri də ucuzlaşdırıb. 

Endirim kampaniyasının nə qədər davam edəcəyi məlum deyil. Lakin 1 avroya satılan biletlər ancaq fevral ayı üçün nəzərdə tutulub.

Endirim aksiyasına dünyanın bir çox marşrutları, habelə Baltikyanı ölkələr və Polşa (Kaunas, Varşava və s.) yer alıb. Lakin siyahıda Azərbaycan yoxdur.

Məsələn, promo-qiymətlər (bir tərəfə) Каunas-Коpenhagen, Varşava-Köln, Varşava-Brüssel, Tallin-Оslo, Brüssel-Piza, Paris-Мilan və s. marşrutlara aiddir. Bundan əlavə, aksiya Avropada daha 500 istiqaməti əhatə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi