​ATƏT PA-nın sessiyasının keçirildiyi ərazidə Gürcüstana aid maraqlı sərgi açılıb - FOTO

​ATƏT PA-nın sessiyasının keçirildiyi ərazidə Gürcüstana aid maraqlı sərgi açılıb - FOTO Sərgidə gürcü şərabları, milli geyim formaları, toxuculuq və yüngül sənaye malları nümayiş etdirilib
Turizm
3 İyul , 2016 15:52
​ATƏT PA-nın sessiyasının keçirildiyi ərazidə Gürcüstana aid maraqlı sərgi açılıb - FOTO

Tbilisi. 3 iyul. REPORT.AZ/ Gürcüstanda, ATƏT PA-nın 25-ci yay sessiyasının keçirildiyi ərazidə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən sərgi açılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, sərgidə gürcü şərabları, süd, arıçılıq məhsulları, milli geyim formaları, dulusçuluq, toxuculuq və yüngül sənaye malları nümayiş etdirilib. Milli geyimdə olan oğlan və qızlar milli musiqiləri və rəqsləri ifa ediblər.

Sessiya iştirakçıları sərgiyə maraqla baxıb, məhsullardan dadıb və bəzi əşyalar alıblar.

Nazirliyin əməkdaşları bildiriblər ki, bu cür tədbirlər xalqların milli mədəniyyətini, incəsənətini, mətbəxini dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Sərgidə satılan mallardan əldə olunan gəlir aztəminatlı ailələrə, kimsəsizlərə yardım olaraq göndərilir.

Son xəbərlər

Orphus sistemi