Yuxarı

​Amerikada sərnişin təyyarədə tək uçub

Gecikən təyyarənin sərnişinləri biletlərini başqa reyslərə dəyişiblər

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ-da Klivlenddən Nyu-Yorka reys yerinə yetirən təyyarədə yalnız bir sərnişin olub. 

"Report" xarici mediaya istinadən xəbər verir ki, ABŞ vətəndaşı Kris Oleari (Chris O'Leary) Klivlenddə "Delta Flight" aviaşirkətinə məxsus təyyarəyə minərkən qəribə mənzərə ilə qarşılaşıb. Məlum olub ki, təyyarədə ondan başqa sərnişin yoxdur. Təyyarənin salonundakı ön oturacaqda əyləşib öz şəklini çəkən şəxs həmin görüntüləri "Twitter"də paylaşıb.

Onun sözlərinə görə, təyyarənin sərnişinləri biletlərini başqa reysə dəyişiblər və bu səbəbdən o, bu reysdə tək qalıb.

Normalda 76 sərnişin tutan bu təyyarə qeyri-normal hava şəraitinə görə gecikib. Bu səbəbdən də sərnişinlər başqa reyslərlə gediblər və yalnız K.Oleari öz reysini gözləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi