Yuxarı

Üzərində Con Lennonun qanı olan köynək hərracda 41 min dollara satılıb

Hərracda Con Lennonun 10 sm uzunluğunda olan saçı 35 min dollara satılıb

Bakı. 28 iyun. REPORT.AZ/ Üzərində məşhur muğənni Con Lennonun qanı olan köynək hərracda 41 min dollara satılıb.

"Report" xəbər verir ki, Con Lennon öldürülən gecə bu köynək müğənninin yanında dayanan Cey Qastinq adlı konsyerjin əynində olub. Müğənninin qanı bu köynəyin üzərinə sıçrayıb. Hərracda köynəyin ilkin qiyməti 9300 dollar olub.

C.Qastinq bu köynəyi 30 il şəxsi qarderobunda saxlayıb və heç kimə bu barədə məlumat verməyib. Hərracda Con Lennonun 10 sm uzunluğunda olan saçı 35 min dollara satılıb.

Xatırladaq ki, məşhur müğənni Con Lennonu 1980-ci il dekabrın 8-də Nyu-Yorkda fanatı Mark Çepmen güllələyib. Atəş açılan zaman C.Lennonun yanında olan C.Qastinqs müğənniyə kömək etmək üçün onun üzərinə atılıb. Köynəkdə olan qan ləkələri həmin gecədən nişanədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi