Ukrayna Təhlükəsizlik Xidməti “Eurovision”da Rusiya təmsilçisinə dair qərarını dəyişmək niyyətində deyil

Ukrayna Təhlükəsizlik Xidməti “Eurovision”da Rusiya təmsilçisinə dair qərarını dəyişmək niyyətində deyil Yuriy Tandit: “Biz öz sözümüzü demişik. Nə etmək lazımdırsa, onu etmişik”
Şou-biznes
24 Mart , 2017 17:32
Ukrayna Təhlükəsizlik Xidməti “Eurovision”da Rusiya təmsilçisinə dair qərarını dəyişmək niyyətində deyil

Bakı. 24 mart. REPORT.AZ/ Ukrayna Təhlükəsizlik Xidməti (UTX) “Eurovision-2017” mahnı müsabiqəsində Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinin qadağan edilməsinə dair qərarı dəyişmək niyyətində deyil.

“Report”un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə UTX rəhbərinin məsləhətçisi Yuriy Tandit bildirib.

“Biz öz sözümüzü demişik. Nə etmək lazımdırsa, onu etmişik”, - o, əlavə edib.

Tandit həmçinin qeyd edib ki, UTX "Eurovision-2017" zamanı təhlükəsizliyi təmin etmək üçün bütün zəruri tədbirləri görür.

Son xəbərlər

Orphus sistemi