Yuxarı

Ukrayna gələcəkdə "Evrovision"da iştirakdan imtina edə bilər

Bu müsabiqədə Rusiya təmsilçisi qələbə qazandığı təqdirdə baş verə bilər

Bakı. 13 may. REPORT.AZ/ Bu il Stokholmda keçirilən "Evrovision"-da Rusiya təmsilçisi Sergey Lazarevin qələbə qazanacağı təqdirdə Ukrayna 2017-ci ildə müsabiqədən iştirakdan imtina edə bilər. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Teleşirkətinin direktoru Zurab Alasaniya bildirib. 

Qeyd edək ki, maliyyə problemləri səbəbindən Ukrayna ötən il "Evrovision" müsabiqəsində iştirak etməyib. Bu il Ukraynanı müğənni Camalə SSRİ dövründə Krım tatarlarının deportasiyasına həsr olunan "1944" adlı mahnı ilə təmsil edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi