Yuxarı

Türkiyənin məşhur aktyoru Azərbaycana gəlib

Türkiyənin məşhur aktyoru Azərbaycana gəlib

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycana gəlib.

“Report” xəbər verir ki, o, siması olduğu brendin Bakıda yeni mağazasının açılışında iştirak edəcək. 

Aktyor “Park Bulvar” ticarət mərkəzində pərəstişkarları ilə görüşəcək. Noyabrın 29-u saat 18:00-da isə “Park Bulvar”ın 1-ci mərtəbəsində O.Kaynarcanın imza günü keçiriləcək.

Xatırladaq ki, o, “Kurtlar Vadisi” və “Eşkiya dünyaya hökmdar olamaz” seriallarında oynadığı rollarla məşhurlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi