Bakı. 20 mart. REPORT.AZ/ Əfsanəvi britaniyalı ifaçı Corc Maykl gələn həftə torpağa tapşırılacaq.
"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The Sun" nəşri yazıb.
Britaniya pop musiqisi kralının Londonun Hayqeyt qəbiristanlığında, anasının yanında dəfn olunacağı bildirilir.
Qəzetin yazdığına görə, mərasimdə musiqiçinin yalnız ən yaxın dostları və qohumları iştirak edəcək.
Corc Maykl 25 dekabr 2016-cı il tarixində 54 yaşında ikən vəfat edib.