Tarkan Bakıda konsert verəcək

Tarkan Bakıda konsert verəcək Məşhur sənətçi avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq
Şou-biznes
21 Aprel , 2017 15:38
Tarkan Bakıda konsert verəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Türkiyənin məşhur sənətçisi Tarkan “Formula 1” Azərbaycan Qran Prisinin açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək.

“Report”un xəbərinə görə, Tarkan Bakıda keçiriləcək yarışın ilk günü avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.

Konsert proqramı iyunun 23-də olacaq.

Son xəbərlər

Orphus sistemi