Yuxarı

“Stalinin başı” komediya filmininin premyerası olub - VİDEO

“Stalinin başı” komediya filmininin premyerası olub - VİDEO
Ekran işinin rejissoru Emil Abdullayev olub

Bakı. 3 mart. REPORT.AZ/ “Stalinin başı” komediya filminin premyerası olub. 

“Report”un məlumatına görə, gecədə filmin bədii kollektivi, şou-biznes ulduzları, aparıcılar, idmançılar və KİV nümayəndələri iştirak ediblər.

Təqdimatdan əvvəl bədii kollektiv qırmızı xalça üzərindən keçib, filmin stendi qarşısında şəkil çəkdiriblər.

Gecənin açılışında İlkin Həsəni çəkilişlərin Bakıda, Qusar rayonunda, “Şahdağ” turizm mərkəzində və Qoridə (Gürcüstan) İosif Stalinin muzeyində baş tutduğunu bildirib. O, çəkiliş meydançasında baş verən maraqlı əhvalatları bölüşüb.

Komediyanın baş qəhrəmanları “Bozbash pictures” yumoristik layihəsinin yaxın dostları olublar. Onların əllərinə Stalinin qəlyanı ilə birgə vəsiyyətnaməsi düşür. Bu qəlyan partiyanın böyük xəzinəsinin açarıdı və Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə 6 dostun hamısının türmədə olmasıdır. Bu səbəbdən həbsxanadan qaçmağı planlaşdırırlar! Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyir. Ona görə də bir-birilərinə quyu qazırlar. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir... Bu azmış kimi, onları kolon müdiri təqib edir.

Film İLK Media və ATV tərəfindən lentə alınıb. İşin rejissoru Emil Abdullayev olub. Rollarda İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, Azər Baxşaliyev, İlkin Misgərli, Ənvər Abbasov, Ülfət Bəşir, Yaroslav Trifonov və başqaları çəkiliblər.

Premyera tamaşaçıların gurultulu alqışları altında keçib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi