Yuxarı

​Səmra Rəhimli İsraildə keçirilən "Eurovision Party"də iştirak edib

Azərbaycan təmsilçisi İsraildə promo-tur keçirib

Bakı.15 aprel. REPORT.AZ/ Azərbaycanın "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edəcək Səmra Rəhimli İsraildə promo-turunu başa çatdırıb.

"Report"un məlumatına görə, promo-tur zamanı Azərbaycan təmsilçisi ağacəkmə aksiyasında iştirak etməklə yanaşı, mahnı müsabiqəsinin digər 18 iştirakçısı ilə görüşüb.

Bundan başqa, S.Rəhimli İsraildə keçirilən "Eurovision Party"də çıxış edib, müsabiqədə ifa edəcək "Miracle" adlı mahnını tamaşaçılara təqdim edib və pərəstişkarlarla görüşüb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi həmçinin 21-22 aprel tarixlərində Maltanı, 23 apreldə isə Yunanıstanı ziyarət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi