Yuxarı

Ukrayna “Eurovision-2016”nın qalibi olub - YENİLƏNİB - VİDEO

Camala səsvermə nəticəsində 534 xal toplayıb

Bakı. 15 May. REPORT.AZ/ İsveçin paytaxtı Stokholm şəhərində keçirilən 61-ci “Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsinin qalibi Ukrayna olub.

“Report” xəbər verir ki, Camala müsabiqədə Krım tatarlarının deportasiyasından bəhs edən “1944” mahnısını ifa edib.

Ukrayna təmsilçisi münsiflər heyətinin səsverməsi nəticəsidə San-Marino, Gürcüstan, Bosniya və Herseqovina, Danimarka, Moldova, Latviya, İsrail, Serbiya, Makedoniya, Polşa və Sloveniyadan ən yüksək qiymət – 12 xal alıb (cəmi 211 xal).

Səsvermə nəticələrinin yalnız 50%-i münsiflərdən asılı olub. Qalan 50% isə tamaşaçıların payına düşüb. Camala tamaşaçıların 323 xalını alıb.

Belə bir səsvermə sistemi ilk dəfə idi ki tətbiq olunurdu. Beləliklə, yarış iştirakçıları arasında intriqa son dəqiqələrədək qalmış olub.

Finalda ümumilikdə 26 ölkənin təmsilçisi iştirak edib.

Müsabiqədə 2-ci yeri Avstraliya, 3-cü yeri isə Rusiya təmsilçisi tutub.

Yarışda Azərbaycanı "Miracle" (Möcüzə) mahnısını ilə təmsil edən Səmra Rəhimli isə səsvermənin ümumi nəticələrinə görə 117 xal toplayaraq 17-ci olub.

Azərbaycan təmsilçisinə səs verən ölkələr:

Münsiflər

1.Bosniya və Herseqovina – 1
2.İspaniya – 3
3.Kipr -2
4.Niderland - 1
5.Belarus – 2
6.Rusiya – 10
7.Yunanıstan – 1
8.Makedoniya-1
9.Ukrayna – 7
10.Macarıstan – 7
11.İsveç – 10

Tamaşaçı - 73 xal

***23:24

Bakı. 14 May. REPORT.AZ/ İsveçin paytaxtı Stokholm şəhərində 61-ci “Eurovision-2016” mahnı müsabiqəsinin final mərhələsi start götürüb.

“Report” xəbər verir ki, Azərbaycanı müsabiqədə təmsil edən Səmra Rəhimli səhnəyə Belçika, Çexiya və Niderland nümayəndələrindən sonar 4-cü çıxıb və öz "Miracle" (Möcüzə) mahnısını ifa edib.

Finalda mübarizə aparan 26 iştirakçının çıxışından sonra səsvermə keçiriləcək və ən çox səs toplayan müğənni müsabiqənin qalibi elan olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi