Yuxarı

Rusiyalı müğənni Zemfira qastrol səfərlərinə son qoyduğunu elan edib

Fevralın 18-də Nijni Novqoroddakı konsertdə Zemfira sonuncu dəfə qastrol turuna çıxdığını elan edib

Bakı. 19 fevral. REPORT.AZ/ Məşhur rusiyalı müğənni Zemfira qastrol səfərlərinə son qoyduğunu elan edib.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, fevralın 18-də Nijni Novqoroddakı konsertdə Zemfira sonuncu dəfə qastrol turuna çıxdığını elan edib. O, bu fikrinin səbəbini açıqlamayıb.

Qeyd edək ki, "balaca adam" adlı tur fevralın 4-də Omskda başlayıb. Ardından Zemfira Novosibirsk, Xabarovsk, Vladivostok, Yekaterinburq və Çelyabinskdə çıxış edib. Qastrol turu aprelin 1-də Moskvada "Olimpiyski" idman kompleksində böyük konsert proqramı ilə başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi