Yuxarı

"Qızıl Qlobus" mükafatı öz sahiblərini tapıb

Los-Ancelesdə keçirilən təqdimetmə mərasimində mükafat 25 nominasiyada təqdim edilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində 73-cü "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi keçirilib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən Amerika kino mükafatı 25 kateqoriyada təqdim edilib.

Bu il "Ən yaxşı komediya aktyoru vü müzikl" nominasiyasında "Marslı" filmindəki oyununa görə aktyor Mett Deymon fərqlənib.

"Ən yaxşı ikinci plan qadın roluna" görə "Qızıl Qlobus"a britaniyalı Keyt Uinslet layiq görülüb. Aktrisa "Apple" şirkətinin banisi Stiv Cobsun həyat və yaradıcılığına həsr olunmuş filmdə yaratdığı obraza görə bu mükafata sahib olub.

"Stiv Cobs" filminin ssenarisini yazan Aaron Sorkin "Ən yaxşı ssenari müəllifi" nominasiyasında fərqlənib.

Məşhur italiyalı bəstəkar Ennio Morrikone ən yaxşı saundtrek nominasiyasında "Qızıl Qlobus"u aparıb.

Qeyd edək ki, kino sənayesində ikinci mötəbər mükafat sayılan "Qızıl Qlobus" mükafatı Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatı üçün proqnoz hesab edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi