Yuxarı

Patriarx Kirill Rusiyaya “saqqallı qadın müğənnilərin” gəlməsinin əleyhinədir

Eurovision müsabiqəsinin finalı mayın 23-də Vyanada keçəcək

Bakı. 21 May. REPORT.AZ/ Rusiya Provoslav Kilsəsinin rəhbəri hesab edir ki, "Eurovision" mahnı müsabiqəsinə alternativ olan bir yerli mahnı müsabiqələri inkişaf etdirmək lazımdır. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

"Eurovision" müsabiqəsinin finalında Rusiyalı namizəd Polina Qaqarina qalib gəldiyi təqdirdə gələn il “mədəniyyətimizə zidd” dəyərləri yeridən müsabiqə bütün saqqallı qadın müğənnilərlə birlikdə Rusiyaya gələcək. Bizə öz müsabiqələrimiz lazımdı, öz mədəniyyətimizi, ... dünyaya təbliğ etməliyik”, - deyə patriarx qeyd edib.

Qaydalara görə, "Eurovision" müsabiqəsinə qalibin təmsil etdiyi ölkə ev sahibliyi edir.

Xatırladaq ki, 2014-cü ildə keçirilən beynəlxalq mahnı yarışmasında saqqallı Konçita Vurst obrazında çıxış edən Tom Nyuvirz qalib gəlib.

"Eurovision" müsabiqəsinin finalı Vyana şəhərində mayın 23-də keçəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi