Parisdə azərbaycanlı musiqiçinin yeni klipi işıq üzü görüb

Parisdə azərbaycanlı musiqiçinin yeni klipi işıq üzü görüb Klip fransalı melomanların böyük marağına səbəb olub
Şou-biznes
3 Noyabr , 2017 03:42
Parisdə azərbaycanlı musiqiçinin yeni klipi işıq üzü görüb

Paris. 2 noyabr. REPORT.AZ/ Parisdə yaşayıb-yaradan gənc azərbaycanlı musiqiçisi Etibar Əsədlinin yeni klipi işıq üzü görüb.

“Report”un Fransa bürosu məlumat verir ki, klip Azərbaycanın milli motivi olan “islimi”yə həsr edilib.

Qısa müddətdə fransalı melomanların böyük marağına səbəb olan bu klipdə Azərbaycan milli xalçasından görüntülər nümayiş olunur. Klip Parisdə “Asadli Pro” studiyasıda çəkilib.

Etibar Əsədlinin bundan əvvəlki klipi Azərbaycanın folklorik musiqisinə həsr edilmişdi. Bir sıra beynəlxalq musiqi festivallarının iştirakçısı olan gənc musiqiçimizin “Gecikirəm”, “Naxış”,“İthaf” və müəllifi olduğu digər musiqi əsərləri Fransada çoxsaylı musiqi sevərlərin rəğbətini qazana bilib.

Etibar Əsədli ilk dəfə olaraq milli musiqi alətlərimizin səslərini virtual alətlər üzərinə yazaraq proqramlaşdırıb. Onun bu səyi nəticəsində artıq canlı çıxışlarda, film musiqi və aranjımanlarında milli alətlərimizin səsindən istifadə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi