Nizami Kino Mərkəzində "İkinci şans" adlı türk filminin təqdimatı olub

Nizami Kino Mərkəzində "İkinci şans" adlı türk filminin təqdimatı olub Qala gecədə aktyor və filmin rejissoru Özcan Dəniz də iştirak edib
Şou-biznes
26 Noyabr , 2016 20:03
Nizami Kino Mərkəzində İkinci şans adlı türk filminin təqdimatı olub

Bakı. 26 noyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində "İkinci şans" adlı türk filminin qala gecəsi keçirilib.

"Report"un xəbərinə görə, gecədə filmin əsas qəhrəmanlarından olan aktyor və filmin rejissoru Özcan Dəniz və aktrisa Nurgül Yeşilçayla birlikdə Məsut Can Tomay da iştirak edib.

Avşar və DNZ filmin istehsalı olan ekran işinə baxdıqdan sonra qonaqlar media üçün mətbuat konfransı keçiriblər. Filmin təqdimatından sonra səhnəyə çıxan aktyorlar hər kəsə təşəkkür ediblər. Özcan Dəniz Bakıya hər gəlişində izləyicilər tərəfindən sevgi ilə qarşılandığını deyib. İzləyicilər də öz növbəsində baş rol ifaçılarına hədiyyələr təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi