Yuxarı

Naməlum şəxs Ar Kellinin əvəzinə 161 min dollar aliment ödəyib

Bakı. 10 mart. REPORT.AZ/ Daha çox Ar Kelli kimi tanınan amerikalı musiqiçi və prodüser Robert Silvestr Kelli Çikaqo həbsxanasından azad olunub.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, Kuk dairə şerifinin mətbuat katibi Sofiya Ansari naməlum şəxsin müğənninin əvəzinə onun sabiq həyat yoldaşına 161 min dollar aliment ödədiyini bildirib.

O, alimenti ödəyən şəxsin kim olduğunu bilmədiyini deyib.

Ar Kelli martın 7-də məhkəmənin qərarı ilə həbs olunub. Musiqiçinin üzərinə keçmiş həyat yoldaşına 161 min dollar alimen ödəmək öhdəçiliyi qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi