Yuxarı

Müğənni Ar Kelli aliment vermədiyi üçün həbs olunub

​Müğənni Ar Kelli aliment vermədiyi üçün həbs olunub

Bakı. 7 mart. REPORT.AZ/ Amerikalı müğənni Ar Kelli aliment vermədiyi üçün nəzarət altına götürülüb.

“Report” xəbər verir ki, bu barədə İllinoys ştatı polisinə istinadən CNN məlumat yayıb.

Bildirilir ki, 2009-cu ildə dairə məhkəməsi qərar çıxarıb ki, müğənni keçmiş həyat yoldaşına ayda 20,8 min dollar ödəməlidir. Ar Kellinin özü həmin iclasda iştirak etməyib. İndi o, bütün bu dövr ərzində yığılıb qalmış alimentləri ödəməli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi