Yuxarı
    Bağlamaq

    Murad Dadaşov ilk komediya filmi "Bayram axşamı"nın uğurlu təqdimatını keçirib - VİDEO

    Bayram axşamı bədii filmi şirkətin ilk kinematoqrafiya işi, gənc rejissorun debütü olub

    Bakı. 19 fevral. REPORT.AZ/ "Gənclik Mall” Ticarət Mərkəzinin “Cinemaplus” kinoteatrında Toğrul Məmmədovun "Bayram axşamı" komediya filminin təqdimatı keçirilib.

    "Report" xəbər verir ki, “M Group Production”ın yeni layihəsi - "Bayram axşamı" tammetrajlı bədii filmi həm şirkətin ilk kinematoqrafiya işi, həm də gənc rejissorun debütü olub.

    İlk öncə qeyd edək ki, film yaradıcı heyətə həqiqətən şöhrət gətirib - qabaqcıl texnologiyalardan istifadəylə keyfiyyətli iş, orijinal süjet və yumor əlbəttə bütün axşam boyunca aktyor oyunu tamaşaçılara bir çox pozitiv emosiyalar çatdırıb.

    Toğrul Məmmədov təkcə rejissorluq vəzifəsini öz üzərinə götürməyib, həm də Fariz Əliyev və Cəmil Məmmədli ilə əməkdaşlıq nəticəsində filmin ssenari müəllifi kimi çıxış edib. Layihənin prodüseri, “M Group Productionun” rəhbəri və Azərbaycanın əməkdar artisti Murad Dadaşov isə filmdə epizodik rollardan birini oynayıb.

    Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompyuter üsullarından istifadə olunub.

    Film tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Yaradıcı kollektiv filmin komediya həvəskarlarının ürəyini fəth edəcəyi ilə bağlı xoş sözlərə və ümidlərə görə minnətdarlığını bildirib.

    Filmin məzmunu: ekran əsəri Bayram adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir. 

    Filmdə əsas rolları əməkdar artist Əkbər Əlizadə və Elxan Quliyev, habelə artistlər Oksana Rəsulova, İslam Mehrəliyev, Cəmil Məmmədli və Asya Abdullayeva oynayıblar. Filmdə həmçinin xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Nahidə Orucova, aparıcı Xose Bernardo, müğənni Miri Yusif və başqaları rol ynayıblar.

    Filmin icraçı prodüseri İsmayıl Bağırov, stilist və vizajist - Nura Babayeva, kostyumçu - Aygün Mahmudova, qrim ustası Mehriban Nemətova, operator Rauf Qurbanəliyevdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi