Bakı. 7 mart. REPORT.AZ/ Amerikalı müğənni Ar Kelli aliment vermədiyi üçün nəzarət altına götürülüb.
“Report” xəbər verir ki, bu barədə İllinoys ştatı polisinə istinadən CNN məlumat yayıb.
Bildirilir ki, 2009-cu ildə dairə məhkəməsi qərar çıxarıb ki, müğənni keçmiş həyat yoldaşına ayda 20,8 min dollar ödəməlidir. Ar Kellinin özü həmin iclasda iştirak etməyib. İndi o, bütün bu dövr ərzində yığılıb qalmış alimentləri ödəməli olacaq.