Yuxarı

Metroda mahnı oxuyan Kristina Aqileranı heç kim tanımayıb - VİDEO

Hazırlıqsız düzəldilmiş qrup Areta Franklinin Freedom mahnısını ifa edib

Bakı. 16 iyun. REPORT.AZ/ Müğənni Kristina Aqilera teleaparıcı Cimmi Fellon ilə birgə "The Tonight Show" verilişi üçün Nyu-York metrosunda küçə musiqiçisi görkəmində özünü tanıtmadan çıxış edib.

“Report” xəbər verir ki, hazırlıqsız düzəldilmiş qrup Areta Franklinin "Freedom" mahnısını ifa edib.

İnsanlar onların ətrafına toplaşdıqdan sonra Aqilera və Fellon üzlərini açmaq qərarına gəlib.

Qrup sürprizdən təəccüblənən insanların qışqırıq sədaları altında müğənninin "Fighter" mahnısını ifa edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi