Yuxarı

Məşhur dicey Avicii dünyasını dəyişib

Məşhur dicey Avicii dünyasını dəyişib
Onun ölümünün səbəbləri hələ ki, məlum deyil

Bakı. 20 aprel. REPORT.AZ/ İsveçli dicey və musiqi prodüseri, Avicii səhnə ismi ilə çıxış edən Tim Berqlinq dünyasını dəyişib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, 28 yaşlı musiqiçi Omanın paytaxtı Məsqət şəhərində vəfat edib.

Onun ölümünün səbəbləri hələ ki, məlum deyil.

Avicii daha çox "I Could Be the One", "Wake Me Up", "You Make Me" və "Addicted to You" bəstələri ilə məşhurdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi