Məşhur amerikalı reper Donald Trampı dəstəklədiyinə görə fitə basılıb

Məşhur amerikalı reper Donald Trampı dəstəklədiyinə görə fitə basılıb "Mən sizə dedim ki, seçkilərdə iştirak etməmişəm, lakin etsəydim Trampa səs verərdim"
Şou-biznes
19 Noyabr , 2016 05:39
Məşhur amerikalı reper Donald Trampı dəstəklədiyinə görə fitə basılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Amerikalı reper Kanyu Vest ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa dəstək konserti zamanı fanatlar tərəfindən fitə basılıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

"Mən sizə dedim ki, seçkilərdə iştirak etməmişəm, lakin etsəydim Trampa səs verərdim", - deyə telekanal reperin San-Xosedə konsert zamanı səsləndirdiyi sözləri sitat gətirib.

O, həmçinin əlavə edib ki, bu o demək deyil ki, o, qadınların hüquqlarına hörmət etmir və ya "Black Lives Matter" hərəkatını (Qaradərili əhaliyə yönəlmiş zorakılığa qarşı çıxış edən fəallar qrupu) dəstəkləmir.

Buna baxmayaraq, o, bütün çıxışı boyu fanatlar tərəfindən fitə basılıb.

Son xəbərlər

Orphus sistemi