Yuxarı

Məşhur amerikalı hip-hop ifaçısının evi qarət olunub

Məşhur amerikalı hip-hop ifaçısının evi qarət olunub
Evdən 175 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Los Anceles polisi məşhur amerikalı hip-hop ifaçısı Nikki Minajın evinin qarət olunması ilə bağlı araşdırma aparır.

"Report" BBC-yə istinadən xəbər verir ki, oğrular evdən 175 min dollar dəyərində qızıl-zinət əşyaları qarət etməklə kifayətlənməyib, qadın müğənninin paltarlarını cırıb, şəkil çərçivələrini qırıb və parfüm flakonlarını sındırıb.

Maraqlıdır ki, Beverli Hillsdəki əmlak təhlükəsizlik kameraları ilə təchiz olunsa da, polis hələlik şübhəliləri müəyyən edə bilməyib.

Hadisə zamanı müğənni evdə olmayıb. TMZ portalının məlumatına görə, Minaj əmlakı satın almayıb, sadəcə, hər ay 30 min dollar ödəməklə orada qalıb.

Müğənni ən müasir təhlükəsizlik sisteminin quraşdırılması üçün böyük məbləğ xərcləyəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi