Yuxarı

McDonald's Azərbaycan və CinemaPlus kinoteatrlar şəbəkəsi birgə aksiyaya başlayıb

McDonald's Azərbaycan və CinemaPlus kinoteatrlar şəbəkəsi birgə aksiyaya başlayıb
Müştərilərə McDonald's məhsulları və CinemaPlus-dan hədiyyələri birləşdirən bir menyunu almaq təklif olunur

Bakı. 4 iyul. REPORT.AZ/ “Dadlı Süjetli Təklif” aksiyasının ətrafında yaranan ajiotajı və marağı nəzərə alaraq, McDonald's Azərbaycan və CinemaPlus kinoteatrlar şəbəkəsi kampaniyanın yeni startına qərar verib.

"Report"un məlumatına görə, bu "Dadlı Süjetli Təklif"in çərçivəsində müştərilərə cəmi 9 manat 90 qəpiyə özündə McDonald's məhsulları və CinemaPlus-dan hədiyyələri birləşdirən bir menyunu almaq təklif olunur. Yeni CinemaPlus menyusuna daxildir: 1 burger (Big Mac və ya McChicken), 1 orta Frenç Frayz, 1 orta sərinləşdirici içki və kinoya 1 bilet. Beləliklə, McDonald's həvəskarları restorana baş çəkərək, əldə edilmiş bilet vasitəsilə sevdikləri CinemaPlus kinoteatrlarının birində istənilən filmi izləyə bilərlər.

Qeyd etmək lazımdır ki, McDonald's Azərbaycan və CinemaPlus kinoteatrlar şəbəkəsi öz müştərilərini yüksək qiymətləndirib, onlara daim əla xidmət, faydalı və münasib qiymətli təkliflərlə sevindirməyə davam edir.

Aksiya haqqında daha ətraflı məlumatı əldə etmək üçün www.mcdonalds.azwww.cinemaplus.az saytlarına daxil ola bilərsiniz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi