Yuxarı

Maykl Ceksonun atası dünyasını dəyişib

Bakı. 27 iyun. REPORT.AZ/ Pop musiqisinin kralı olan Maykl Ceksonun atası Co Cekson 89 yaşında Los-Ancelesdə vəfat edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Prodüser bu ay xərçəng xəstəliyinin son mərhələsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Nəşrin yazdığına görə, onun səhhətində problem bir neçə il əvvəl başlayıb. 2015-ci ildə o, üç dəfə infark keçirib, 2016-cı ildə isə bir müddət xəstəxanada yatıb.

Co Cekson "The Jackson Five" qrupunun və sonradan solo karyeraya başlayan Maykl və Canet Ceksonun musiqi meneceri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi