“Mauqli yad planetdə” animasiya filminin “CinemaPlus”da nümayişi başlayıb - VİDEO

“Mauqli yad planetdə” animasiya filminin “CinemaPlus”da nümayişi başlayıb - VİDEO “CinemaPlus” kinoteatrlar şəbəkəsi “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilinə dublyaj edilən Fransa istehsalı olan “Mauqli yad planetdə” animasiya filminin nümayişlərinə başlayıb.
Şou-biznes
13 May , 2019 12:31
“Mauqli yad planetdə” animasiya filminin “CinemaPlus”da nümayişi başlayıb  - VİDEO

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilinə dublyaj edilən Fransa istehsalı olan “Mauqli yad planetdə” animasiya filminin nümayişlərinə başlayıb.

"Report" xəbər verir ki, filmi Aysun Ələskərova, Vüqar Hüseynov, Vüsal Həci-Qədir, Gülnarə Zulalova və Aytac Vəlibəyli səsləndiriblər.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru və tərcüməçisi Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Rejissorluğunu Erik Tostinin etdiyi filmin məzmununa gəlincə, meteorit yağışına düşən gənc kosmik tədqiqatçı Villi naməlum planetə düşür. O, robot Bakın köməyi ilə öz ailəsinin xilasedici missiyası gələnədək sağ qalmalıdır. Lakin Bakın batareyası bitmək üzrədir. Villi Bakı xilas edib evə qayıtmaq üçün yeni dostlar tapmalı və vəhşi planetin cəngərlik qanunları ilə yaşamağı öyrənməlidir.

Son xəbərlər

Orphus sistemi