​Madonna Fransanı nasist Almaniyası ilə müqayisə edib

​Madonna Fransanı nasist Almaniyası ilə müqayisə edib Müğənni bu ölkədə tolerantlığın olmamasından şikayətlənib
Şou-biznes
28 Fevral , 2015 08:42
​Madonna Fransanı nasist Almaniyası ilə müqayisə edib

Bakı. 28 fevral. REPORT.AZ/ Məşhur amerikalı müğənni Madonna yenidən Fransa və Avropanın ünvanına sərt tənqidlə çıxış edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, müğənni Fransanın "Avropa 1" radiostansiyasına müsahibəsində Fransada tolerantlığın olmaması ilə bağlı hiddətini bildirib.

O qeyd edib ki, Avropa və Fransada mühit ona Almaniyanın nasist dövrlərini xatırladır.

"Avropadakı ab-hava məni dəhşətə gətirir", - deyə o qeyd edib.

Madonna bildirib ki, Fransa nə zamansa qaçqınlara qucaq açan, mədəniyyət xadimləri yetişdirən ölkə olub, bu gün isə bu anlayışların hamısı məhv olub gedib.

"Fransadakı dözümsüzlük insanı qorxuya salır. Əslində bu təkcə Fransanın deyil, həm də Avropanın problemidir. Amma o daha çox Fransanı narahat edir", - deyə müğənni söyləyib.

Son xəbərlər

Orphus sistemi