Madonna "Eurovision -2019"da iştiraka razılıq verib

Madonna "Eurovision -2019"da iştiraka razılıq verib Bakı. 16 yanvar. REPORT.AZ/ Məşhur amerikalı müğənni Madonna İsraildə keçiriləcək 2019-cu il Eurovision mahnı müsabiqəsində dəvətli ulduz kimi çıxış edə bilər.
Şou-biznes
16 Yanvar , 2019 06:52
Madonna Eurovision -2019da iştiraka razılıq verib

Bakı. 16 yanvar. REPORT.AZ/ Məşhur amerikalı müğənni Madonna İsraildə keçiriləcək 2019-cu il "Eurovision" mahnı müsabiqəsində dəvətli ulduz kimi çıxış edə bilər.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, jurnalistlərin məlumatına görə, müsabiqə nümayəndələri ilə müğənni arasında danışıqlar ilk dəfə deyil aparılır və tərəflər hətta bir qədər uğur da əldə ediblər — Madonna ilkin olaraq iştiraka razılıq verib, lakin ulduz müğənninin qonorarı barədə hələ ki, razılıq əldə olunmayıb.

Eyni zamanda müqavilənin təxmini dəyəri belə açıqlanmır. Bununla əlaqədar olaraq, qeyd etmək lazımdır ki, 2015-ci ildə Madonna "Ginnesin Reordlar Kitabı"na əsasən, tarixdə kommersiya baxımından ən uğurlu qadın müğənni hesab edilib.

Son xəbərlər

Orphus sistemi