Yuxarı

"Linkin Park" rok qrupunun lideri intihar edib

"Linkin Park" rok qrupunun lideri intihar edib
Müğənninin meyiti cümə axşamı səhər onun evində tapılıb

Bakı. 20 iyul. REPORT.AZ/ Los-Anceles dairəsinin tədqiqatçıları "Linkin Park" rok qrupunun lideri Çester Benninqtonun öldüyünü təsdiqləyiblər.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı "Associated Press" məlumat yayıb.

Benninqtonun 41 yaşında vəfat etməsi xəbərini ilk olaraq TMZ portalı yazıb. Portalın məlumatına görə, musiqiçi intihar edib. Müğənninin meyiti cümə axşamı səhər onun evində tapılıb.

Artistin bir neçə ildir alkoqol və narkotik asılılığı ilə mübarizə apardığı bildirilir. Müğənninin iki arvaddan altı uşağı qalıb.

Çester Benninqton "Linkin Park" rok qrupunun təsisçilərindən biri və vokalçısı idi. O, həmçinin "Dead by Sunrise", "Grey Daze" və "Stone Temple Pilots" kollektivlərinin iştirakçısı idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi