Yuxarı

​İosif Kabzon qondarma "Donetsk Xalq Respublikası"nda konsert verib

Artist: Yenidən bu səhnədə dayanmağıma şadam

Bakı. 26 iyun. REPORT.AZ/ SSRİ-nin xalq artisti İosif Kabzon qondarma "Donetsk Xalq Respublikası"nda konsert verib.

"Report" xəbər verir ki, Donetskin Opera və Balet Teatrının səhnəsində çıxış edən artist yenidən burada olduğundan məmnunluğunu bildirib.

"Bu gün xüsusi, gözəl bir gündür. Mən yenidən bu səhnədə dayanmağıma və sizlər üçün çıxış etməyimə şadam", - deyə, xalq artisti qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi