Yuxarı

​İbrahim Tatlısəsin vəziyyəti düzəlib

Qorxulu heç bir şey yoxdur

Bakı. 16 mart. REPORT.AZ/ "İbrahim bəy əməliyyatdan sonra gözlərini açdı. Ağrıları çox olduğu üçün həkimlər dərman verərək yatırtdılar. Çünki bu halda ona nəzarət etmək rahat olur. Bir neçə günə bu dərmanlar da tamamilə kəsiləcək. Odur ki, qorxulu heç bir şey yoxdur, beyin funksiyaları da normaldır. Bir aylıq fiziki müalicə prosesi nəzərdə tutulur. Müalicə bitən kimi dərhal vətənə qayıdacaq". "Report" xəbər verir ki, bunu müğənninin meneceri Eyüp Kanat deyib.

Onun sözlərinə görə, mətbuatda son günlər yayılan məlumatlar həqiqətə uyğun deyil: "Xahiş edirik müalicəsi davam edən müğənni barədə yalan xəbərlər yaymayasınız. Həyat yoldaşı və qızı Elif Ada hazırda yanındadır".

Xatırladaq ki, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs mart ayının 9-da ABŞ-ın Mayami şəhərində beyin əməliyyatı keçirib. 4 saatlıq əməliyyatdan sonra müğənninin komaya düşdüyü və neçə gündür komadan oyanmadığı barədə xəbərlər yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi