Yuxarı

"Gözəlçə" və "Qaçmış gəlin" filmlərinin rejissoru vəfat edib

82 yaşlı Harri Marşallın dəfn mərasimi mətbuata qapalı keçiriləcək

Bakı. 20 iyul. REPORT.AZ/ Amerikanın tanınmış rejissoru Harri Marşall 82 yaşında vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bir neçə məşhur filmi ekranlaşdıran rejissor ağciyərlərin kəskin iltihabı xəstəliyindən dünyasını dəyişib. 

O, eyni zamanda insult keçirib. 

Rejissorun dəfn mərasimi mətbuata qapalı keçiriləcək. H.Marşallın xatirəsinə həsr edilən anım mərasiminin noyabrda keçirilməsi qərara alınıb. Belə ki, noyabrın 13-də onun doğum günüdür.

Qeyd edək ki, H.Marşall "Gözəlçə", "Qaçmış gəlin", "Müqəddəs Valentin günü" və s. filmlərin rejissoru olub. O, kinoya 1980-ci illərin əvvəllərində gəlib. 20-dən çox filmi məşhurluq qazanıb.

Rejissora uğur gətirən ekran əsəri baş rollarında Culiya Roberts və Riçard Girin çəkildiyi "Gözəlçə" filmi olub. Bu filmin uğurundan sonra H.Marşall Culiya Roberts və Riçard Girlə əməkdaşlığını davam etdirib və "Qaçmış gəlin" filmini çəkib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi