Yuxarı

Gəncədə “CinemaPlus” kinoteatrında “SOS Gəncə” uşaqları üçün cizgi filmi nümayiş olunub - VİDEO

Gəncədə “CinemaPlus” kinoteatrında “SOS Gəncə” uşaqları üçün cizgi filmi nümayiş olunub - VİDEO
Balacalara kinoteatr tərəfindən popkorn və şarlar hədiyyə verilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində yerləşən premium kinoteatr “CinemaPlus Xəmsə”də “Cinemazadeh” studiyasında Azərbaycan dilində dublyaj olunmuş müxtəlif diaqnozlu uşaqlar və “SOS Gəncə” tamaşaçıları üçün “Spark. Bəşəri Qəhrəman” 3D cizgi filmi nümayiş olunub.

"Report"un məlumatına görə, uşaqlar cizgi filmini maraqla izləyiblər, onlara kinoteatr tərəfindən popkorn və şarlar hədiyyə verilib.

Xatırladaq ki, dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktoru Cəfər Axundzadədir.

Animasiya filmini əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli və Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndirib. Ailəvi komediya cizgi filminin rejissoru Aaron Vudlidir.

Cizgi filmində qüdrətli şər qüvvələr gözəl planeti zəbt ediblər və kainatı əsarət altına alıblar. Lakin heç nə Spark və onun dostlarını təslim olmağa məcbur edə bilməz. Əgər səndə cəsur və xeyirxah ürək, qalib gəlməyə əyilməz əzm və sadiq komanda varsa istənilən vəzifənin öhdəsindən gələ bilərsən. Kainatın xilası üçün ulduz tapşırığı başlayır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi