"Forbes" dünyanın ən çox qazanan aktrisalarının adını açıqlayıb

"Forbes" dünyanın ən çox qazanan aktrisalarının adını açıqlayıb Bakı. 16 avqust. REPORT.AZ/ Amerikalı aktrisa Skarlett Yohansson 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib və Forbes jurnalının versiyasına görə, ən yüksək maaşlı aktrisa olub.
Şou-biznes
16 Avqust , 2018 22:52
Forbes dünyanın ən çox qazanan aktrisalarının adını açıqlayıb

Bakı. 16 avqust. REPORT.AZ/ Amerikalı aktrisa Skarlett Yohansson 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib və "Forbes" jurnalının versiyasına görə, ən yüksək maaşlı aktrisa olub.

“Report” xəbər verir ki, Yohansson üçün əsas gəlir mənbəyi rolunu "Qisasçılar" silsiləsindən olan "Qara dul qadın" filmində oynadığı rus casusu rolu oynayıb. Bu iş onun gəlirini 4 dəfə artırıb.

Siyahıda ikinci yeri həmçinin "Malefisenta 2" ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub. "Dostlar" teleserialının ulduzu Cennifer Eniston ötən il ilə müqayisədə bir pillə geriləyib və 19,5 milyon dollar ilə üçüncü mövqedə qərarlaşıb. Beşliyi Cennifer Lourens və Riz Uizerspun qapayır.

Son xəbərlər

Orphus sistemi