Faytonçu Nazim: "Maşın şou"da iştirak etməyimin məqsədi şayiələrə son qoymaq idi"

Faytonçu Nazim: "Maşın şou"da iştirak etməyimin məqsədi şayiələrə son qoymaq idi" "Onsuz da 4-5 günə şoudan çıxmağı düşünürdüm"
Şou-biznes
11 Oktyabr , 2017 14:51
Faytonçu Nazim: Maşın şouda iştirak etməyimin məqsədi şayiələrə son qoymaq idi

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Maşın şou"da iştirak etməyimin məqsədi xalq arasında gəzən şayiələrə son qoymaq idi"

Bunu "Report"a açıqlamasında "Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyari deyib.

O qeyd edib ki, əvvəldən şouda 4-5 gündən artıq qalmağı düşünməyib: "Elin gözü tərəzidir, tamaşaçı gördüyünü deyib. Mən heyfsilənmirəm. Özümün də yadımda deyil necə olub ki, əlimi çəkmişəm. Ani olub. Əslində mən ora az bir zaman üçün getmişdim. Onsuz da 4-5 günə şoudan çıxmağı düşünürdüm. Dostlardan xahiş edəcəkdim ki, məni çıxartsınlar. Ancaq belə tezliklə gözləmirdim. Hamıya demişdim ki, mən sizin üçün rəqib deyiləm. El arasında şayiələr gəzirdi ki, Nazim bəy oxumur, el şənliklərinə gedə bilmir və s. Mən özümü bir daha təsdiqləmək üçün "Maşın şou"ya qatıldım. İstədim insanlar görsünlər ki, mən mətinəm, maşında saatlarla dayana da bilərəm və səhhətim də buna imkan verir".

Son xəbərlər

Orphus sistemi