Yuxarı

"Eurovision-2019"da səslər yenidən sayılıb, Azərbaycan 8-ci yerə düşüb

​"Eurovision-2019"da səslər yenidən sayılıb,Azərbaycan 8-ci yerə düşüb

İsrailin Tel-Əviv şəhərində keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçı səslərinin nəticələrini yenidən hesablayıblar.

"Report" xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBC) bəyanat yayıb.

Bildirilir ki, bəzi xallar düzgün hesablanmayıb. Səslərin hesablanmasında insan səhvi olub ki, bu da qeyri-dəqiq orta nəticəyə gətirib çıxarıb.

Səslərin yenidən hesablanması nəticəsində ilk üçlükdə dəyişiklik baş verməyib. Əvəzində beş və altıncı yerləri tutan Norveç və İsveç ifaçıları yerlərini dəyişiblər, həmçinin Şimali Makedoniya 7-ci yeri tutan Azərbaycanı, Belarus isə Almaniyanı geridə qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi