"Eurovision-2017" müsabiqəsində ölkələrin çıxışetmə ardıcıllığı müəyyənləşib

"Eurovision-2017" müsabiqəsində ölkələrin çıxışetmə ardıcıllığı müəyyənləşib Azərbaycan nümayəndəsi ilk yarımfinalda səkkizinci çıxış edəcək
Şou-biznes
31 Mart , 2017 15:30
Eurovision-2017 müsabiqəsində ölkələrin çıxışetmə ardıcıllığı müəyyənləşib

Bakı. 31 mart. REPORT.AZ/ Bu ilin may ayında Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsinin yarımfinalı ilə bağlı püşkatma keçirilib.

"Report" xəbər verir ki, yarışda Azərbaycanı "Skeletons" (Skeletlər) mahnısı ilə təmsil edəcək Diana Hacıyeva (DiHaj) ilk yarımfinalda 8-ci çıxış edəcək.

Ümumiyyətlə, mayın 9-da keçiriləcək ilk yarımfinalda bu ölkələrin nümyandələri mahnılarını təqdim edəcək:

1. İsveç, 2. Gürcüstan, 3. Avstraliya, 4. Albaniya, 5. Belçika, 6. Monteneqro, 7. Finlandiya, 8. AZƏRBAYCAN, 9. Portuqaliya, 10. Yunanıstan, 11. Polşa, 12. Moldova, 13. İslandiya, 14. Çexiya, 15. Kipr, 16. Ermənistan, 17. Sloveniya, 18. Latviya.

Mayın 11-də baş tutacaq ikinci yarımfinalda isə iştirakçı ölkələr bu qaydada səhnəyə çıxacaq:

1. Serbiya, 2. Avstriya, 3. Rusiya, 4. Makedoniya, 5. Malta, 6. Rumıniya, 7. Hollandiya, 8. Macarıstan, 9. Danimarka, 10. İrlandiya, 11. San Marino, 12. Xorvatiya, 13. Norveç, 14. İsveçrə, 15. Belarus, 16. Bolqarıstan, 17. Litva, 18. Estoniya, 19. İsrail.

Müsabiqənin qaydalarına görə, qalib ölkə, eləcə də müsabiqənin yaradılcı üzvləri birbaşa finala vəsiqə qazanır.

Son xəbərlər

Orphus sistemi